Modern.az

Ölüm törədib qəza yerindən qaçan sürücü tutulub

Ölüm törədib qəza yerindən qaçan sürücü tutulub

2 Noyabr 2017, 15:06

Bakı şəhər Prokurorluğu və şəhər Baş Polis İdarəsiXəzər rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat barədə birgə məlumat yayıb.


Modern.az-a verilən birgə məlumatda bildirilir ki, təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.
 


“Belə ki, noyabrın 1-də Xəzər rayonu ərazisində Cəbrayılov Elşən Mustafa oğlunun idarə etdiyi “VAZ-2101” markalı 10-FT-197 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən piyada Qəribov Ceyhun Tərlan oğlunu vurması nəticəsində sonuncunun aldığı bədən xəsarətlərindən hadisə yerində ölməsi və sürücünün hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda)  və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

 

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində E.Cəbrayılov noyabrın 2-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub