Modern.az

Ziya Bünyadov prospektində zəncirvari qəza böyük tixac yaratdı

Ziya Bünyadov prospektində zəncirvari qəza böyük tixac yaratdı

2 Noyabr 2017, 21:22

Bir qədər əvvəl Ziya Bünyadov prospektində (Atatürk prospekti ilə kəsişməyə yaxın hissədə) zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.

O qeyd edib ki, hazırda 20 Yanvar dairəsindən metronun "Koroğlu" stansiyası istiqamətində nəqliyyatın hərəkətində tıxac yaranıb:

"Sürücülərə qəzanın nəticələri aradan qaldırılanadək alternativ yollardan istifadə etmələri tövsiyə olunur".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir