Modern.az

Bakıda Ombudsmanların IX Bakı Beynəlxalq konfransı başlayıb

Bakıda Ombudsmanların IX Bakı Beynəlxalq konfransı başlayıb

Təhsil

16 İyun 2011, 10:34

18 iyun-İnsan Hüquqları Günü münasibətilə Ombudsman Aparatı tərəfindən iyunun 16-da “Milli azlıqların və miqrantların mədəni hüquqları: hüquqi aspektlər və implementasiya” mövzusuna həsr edilmiş ombudsmanların növbəti IX Bakı Beynəlxalq konfransı keçirilir.
Modern.az xəbər verir ki, YUNESKO-nun dəstəyi ilə baş tutacaq beynəlxalq konfransda İsveç, Norveç, Hindistan, Tailand, Pakistan, Polşa, Sloveniya, Rusiya Federasiyası, Ukrayna, Moldovanın ombudsmanları və ya bu ölkələrin milli insan hüquqları təsisatlarının nümayəndələri, həmçinin insan hüquqları sahəsində tanınmış alimlər və beynəlxalq ekspertlər iştirak edəcəklər.
Qeyd edək ki, bu günədək təşkil olunmuş ombudsmanların səkkiz Bakı Beynəlxalq konfransında 54 ölkənin ombudsmanları və əməkdaşları iştirak edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat