Modern.az

Xristianların “Halloween” bayramı və bizim uşaqlar 

Xristianların “Halloween” bayramı və bizim uşaqlar 

5 Noyabr 2017, 11:13

Bu mövzuya müraciət etmək fikrimiz yox idi. Məktəb yaşlı uşaqların üz-gözündəki əcaib forma bizi həm də düşünməyə vadar etdi. Söhbət “Halloween”, dilimizdə isə "Hellouin" adlanan balqabaqlar bayramından gedir. Hər il oktyabrın sonlarında ingilislər öz milli bayramlarını qeyd edirlər. Bu bayramda balqabaq "Helloui"nin əsas atributlarından biri hesab olunur. İnsanlar məhz bu gün balqabaqların içini ovub, içərisinə şam qoyurlar.  

 

Balqabaqlar bayramı xristian dünyasına məxsus bayramdır. Bu bayram müasir Böyük Britaniya və İrlandiya ərazisində yaşayan Keltlərin adətləri əsasında formalaşıb. Əsasən ABŞ, Böyük Britaniya, İrlandiya, Rusiya, eyni zamanda, Asiya qitəsi və bir çox dünya ölkələrində keçirilir. Xristianlara məxsus bayramda hər kəs qorxulu geyimlərdən istifadə edir. 

 

Bəs belə bir bayramın Azərbaycanda qeyri-rəsmi şəkildə keçirilməsi bizə nə verir? Gələcəyimiz olan uşaqlar üçün hansı fəsadları ortaya çıxarır?

 

Təhsil eksperti Kamran Əsədov Modern.az saytına açıqlamasında mövzuya münasibət bildirib.

 

Uşaqların psixologiyasına uyğun deyil”

Son illərdə uşaqların uşaqlıq illərini yaşaması üçün təkcə onların oyun yerləri zəbt olunmayıb göydələnlər ucaldılmayıb, eyniylə onların oynaması üçün, oxuması üçün oyunlar da, kitablar da zəbt olundu. Ümumiyyətlə uşaq ədəbiyyatı çox həssas məqamdır. Və buna görə uşaq kitablarına hansısa məlumatı, hekayəni, nağılı daxil edəndə onun doğuracağı fəsadları öncədən görmək lazımdır. Məsələn, ibtidai siniflərə TIK-TIK xanımın nağılını salıblar. Burda uşağın kiminsə xoşuna gəlmək özünə bəzək – düzək verməsi, tək – təhna gəzib özünə dost axtarması, tüstünün içərisində göbək rəqsi eləməsini və sair şagirdlərin yaş xüsusiyyətinə və milli dəyərlərə zidd fəaliyyətini təbliğ etməyi heç cür anlamaq, qəbul etmək olmaz. Düzdür, dünya günü gündən inkifaf edir, dəyərlər dəyişir. Biz dünyaya inteqrasiya edirik. Lakin bu o demək deyil ki, mentalitetə zidd olan bayramlar, adətlər ayaq açmalıdır. Bunların da bir çərçivəsi olmaldır. Uşaqlar oyunlarla bu və ya digər bilik və bacarıqlara yiyələnirlər. Amma son illərdə ölkəmizdə sürətlə populyarlaşan Hallovan bayramını heç cür anlamaq olmur. Düzdür, Balqabaq (Boranı) bizim eradan əvvəldən mətbəximizdə olub. Amma mətbəximizdə olan bütün tərəvəzlərə bayram keçirmirik. Və ya hansısa mənfi və müsbət personajlarla obrazlar yaratmırıq. Halloven bayramı zamanı valideyinlər övladlarını küpəgirən qarı, iblis kimi hansısa mənfi obraza salır, hansısa qanlı , cani qorxulu personajın obrazında geyindirirlər ki, bu da onların yaş psixologiyasına uyğun deyil

 

Stress, əsəb, psixi pozuntu

 

Ekspert deyir ki, belə bayramların sürətlə yayılması uşaqlarda qorxu hissini çoxaldır.

Valideyinlər bəzən şikayət edirlər ki, övladlarımız gecələr normal yatmır, yatdıqları zamn diksinirlər. Onlar bilməlidirlər ki, övladları istər televiziyada, istər internetdə nə qədər qorxulu personajları olan filimlər, cizgi filimləri izləyəcəksə bu onların psixologiyasına ciddi şəkildə təsir edəcək və onlar gecə qorxudan yata bilməyəcəklər. Çünki onların şüurları zəifdir, və ənənəvi olmayan, qorxulu obrazlar, personajlar tez şüuraltına təsir göstərir. Məhz buna görə də, uşaqlarda ciddi psixi pozuntular, stres, əsəbilik kimi hallara tez tez rast gəlinir. Son vaxtlar uşaq psixologiyası ilə bağlı ciddi problemlərin ortaya çıxmasının şahidi oluruq. Uşaqlar arasında hətta intihar halları belə çoxalıb. Buna əsas səbəblərdən biri də uşaq nağılları, uşaq oyunları ilə bağlıdır. Körpəlikdən dünyanı nağıllarla tanıtdığımız uşaqlar, fərqinə varmadan həmin nağılların yaratdığı psixoloji aləmdə formalaşırlar. Biz də bir o qədər bunun fərqinə varmırıq. Uşaqlara danışdığımız nağıllar, onları obrazlı personajına çevirdiyimiz oyunlar, bayramlar əslində milli mənəvi dəyərlərdən uzaqlaşmağı təbliğ edir

 

“Bu cür nağıllar da uşaqlara mənfi təsir edir”

 

Kamran Əsədovun sözlərinə görə, daha uşaqlara nənə və babalar nağıl danışmır.

“Biz kiçik olanda baba və nənəmizdən həmişə nağıl dinləmişik. Elə ki, nənəm divin peyda olmasını danışırdı, o vaxt vahimə bizi basırdı. Qorxu ilə Cırtdanın və onun dostlarının aqibətini fikirləşirdik. Divin necə bir canlı olması ilə maraqlanırdıq, nənəm onun qorxulu olmasını deyirdi, biz də nağıl kitablarımızda axtarıb divə bənzədilən bir məxluqu tapırdıq. İçimizdə bir qayda olaraq divə nifrət yaranırdı. Orta məktəbin aşağı siniflərində tanış olduğumuz bir nağılımız da var, "Məlikməmmədin nağılı". Bu nağılda da qorxulu divdən, yeraltı həyatdan, oradakı qorxulu hadisələrdən danışılır. Divin canının qəfəsdəki quşda, ya da şüşədə olması barədə yazılır. Yəni əslində sadə görünən nağıllar, özlüyündə vahiməli obrazları uşaqlar tərəfndən düşünülməsi ilə yadda qalır. Və o nağılda göstərilir ki, qardaşı ipini kəsib kiçik qardaşını quyuya salır. Bu uşaqlara mənfi təsir edir. Bu yaxşı nümunə deyil. Ümumiyyətlə bizim uşaq kitablarımızda kifayəq qədər mənfi obrazlar var və onlar uşaqların beyninə yeridilir. İndi orta çıxan Hallovan bayramı da bu qəbuldən olan bir vasitədir. Düşünürəm ki, övladlarımız milli dəyərlər, milli adət ənənələr çərçivəsində oyunlara cəlb olunmalı, onlarda bu istiqamətdə maraq oyatmaq lazımdır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir