Modern.az

Ukraynada azərbaycanlılardan ibarət cinayətkar qrup saxlanıldı

Ukraynada azərbaycanlılardan ibarət cinayətkar qrup saxlanıldı

Dünya

10 Noyabr 2017, 00:29

Ukraynanın Zaporojye şəhərində polis 3 Azərbaycan vətəndaşından ibarət cinayətkar qrup saxlayıb. Modern.az APA-ya istinadən verir ki, bu barədə vilayət polis idarəsinin rəisi Oleq Zolotonoşa bildirib.

 

Onun sözlərinə görə, saxlanılan şəxslər qaçırdıqları “Mercedes” markalı avtomobildə hərəkət ediblər. Axtarış zamanı onların üzərindən əl qumbaraları və tapança aşkar edilərək götürülüb.

 

“Saxlanılan şəxslərin yaşadıqları ünvanlara və avtomobilə baxış zamanı 2 qumbara və 1 tapança aşkarlanıb. Onlara qarşı Ukrayna CM-nin 3 maddəsi üzrə cinayət işi başlanıb. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə