Modern.az

BDU-nun tədqiqatçısı Leyla Rəşid beynəlxalq təşkilata fəxri üzv seçilib  

BDU-nun tədqiqatçısı Leyla Rəşid beynəlxalq təşkilata fəxri üzv seçilib   

10 Noyabr 2017, 15:42

Bakı Dövlət Universitetinın tədqiqatçısı Leyla Rəşid İtalıyanın "Beynəlxalq İqtisadi və Siyasi Araşdırmalar İnstitutu”nun  (IREPI) fəxri üzvü seçilib.  

Modern.az xəbər verir ki, Moldovanın Kosovanın, Azərbaycanın, Özbəkstanın İtaliyadakı  fəxri konsulları, Roma sosial elmlər Universitetinin professoru, İtaliya Xarici İşlər Nazırliyinin rəsmisi,  İtaliya- Moldova Ticatət Palatasının sədri və digər siyasi analitiklər, deputatlar, hüquqşünas və iqtisadçıların fəxri  üzv olduğu  IREPI bir araşdırma mərkəzi kimi  Avropa, Amerika, Asiya və Afrika dövlətlərində siyasət, sosiologiya və beynəlxalq iqtisadiyyat sahəsində analitik tədqiqatlar aparır.

"Beynəlxalq İqtisadi və Siyasi Araşdırmalar İnstitutu”nun (IREPI)  fəaliyyət  strategiyası müasir siyasi sistemlərin monitorinqinə, qlobal səviyyədə insan hüquqlarının və insan hüquqlarının inkişafı üçün fikirlərin və konkret təkliflərin hazırlanmasına, habelə beynəlxalq əlaqələrin möhkəmləndirilməsinin zəruriliyi kimi ticarətin inkişafı üzrə layihələr və tövsiyələrin təqdim edilməsinə yönəlib. İnstitutun məqsədi müxtəlif siyasi və iqtisadi ssenarilərin tədqiqata cəlb edilməklə daha yaxşı anlaşılmasını təmin etmək,  dünyanın bir çox regionları, xüsusilə Aralıq dənizi, Qafqaz, Yaxın Şərq və Arktika arasında dialoq və qarşılıqlı əlaqələrin təşviq edilməsi üçün bir "mədəni və iqtisadi köprü" rolunu oynamaqdır. "Beynəlxalq İqtisadi və Siyasi Tədqiqatlar İnstitutu (IREPI), mövcud qloballaşmış cəmiyyətin və yeni transmilli fenomenlərin təhlili və innovativ beynəlxalq layihələrin hazırlanması üçün, bir-birindən uzaq, lakin qloballaşma və rəqəmsal cəmiyyət prosesləri ilə birləşən, dünyanın müxtəlif ölkələrindən olan geoanalitiklərin, analitik  jurnalistlərin, tədqiqatçıların bir platformada fəaliyyətini təmin edir. 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir