Modern.az

Bərdədə kəsilmiş atların daxili orqanları tapıldı

Bərdədə kəsilmiş atların daxili orqanları tapıldı

10 Noyabr 2017, 20:16

Bərdə rayonunda xeyli sayda kəsilmiş atın daxili orqanları və sümükləri aşkarlanıb. Modern.az "Report"a istinadən xəbər verir ki, heyvanlara məxsus hissələri rayonun Mirzəxan kəndindən keçən Qarabağ su kanalında yerli sakinlər tapıblar.

Kənd sakinlərinin sözlərinə görə, naməlum şəxslər tərəfindən mütəmadi olaraq kəsilmiş atların daxili orqan və sümükləri doldurulmuş kisələr kanalın kənarına atılır. Bu da kanalın suyundan istifadə edən əhalinin və heyvanların müxtəlif xəstəliklərə yoluxma ehtimalını artırır.

Yerli sakinlər bu barədə hələlik heç bir quruma məlumat vermədiklərini bildirirlər.

Bərdə Rayon Baytarlıq İdarəsindən  vəziyyətdən xəbərsiz olduqları bildirilib, tərəflərindən əraziyə baxış keçiriləcəyi qeyd edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir