Modern.az

Babək prospekti genişləndiriləcək

Babək prospekti genişləndiriləcək

10 Noyabr 2017, 20:48

“Dövlət başçısının tıxacların aradan qaldırılması ilə bağlı xüsusi göstərişləri var. Planda Babək prospektinin genişləndirilməsi də nəzərdə tutulub. Yolun genişləndirilməsi “Ramstore” qovşağından Yeni Günəşli qəsəbəsinə qədər olan hissə üçün planlaşdırılır. Eyni zamanda Heydər Əliyev prospektindən, yəni “İnter” stadionunun yanından Babək prospektinə 4 hərəkət zolaqlı yol olan çıxış verməliyik. Nobel prospektini də yenidən təmir etmək niyyətindəyik”. Modern.az xəbər verir ki, bunu “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov “ASAN Radio”nun “QəbuldASAN” verilişində bildirib.

 

Saleh Məmmədovun sözlərinə görə, bütün bu işlər 2018-ci ilin Bakı şəhər planında yer alıb.

 

S.Məmmədov qeyd edib ki,  “Azəravtoyol” ASC qış mövsümünə hazırdır: "Artıq Bakı şəhərinin yollarının qardan və buzdan təmizlənməsi üçün qum və duz ehtiyatı görülüb. Belə ki, 5000-ə yaxın duz ehtiyatı toplanılıb. Eyni zamanda 3000-ə yaxın respublika yollarına xidmət edən qış maşın mexanizmləri var. Noyabrın 15-dən sonra “qış təbili” çalınacaq. Qeyd edim ki, son iki ildə yağış və qar dövründə fəlakətli vəziyyətlə üzləşməmişik”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir