Modern.az

Gəncənin yol polislərinə yeni BMV-lər verilib

Gəncənin yol polislərinə yeni BMV-lər verilib

Təhsil

17 İyun 2011, 18:51

Gəncə şəhər Dövlət Yol Polisinin Yol Xidmət müfəttişlərinə yeni avtomobillər verilib.  Bu barədə məlumatı Modern.az-a Gəncə şəhər Dövlət Yol Polisinin rəis müavini Rəhim Zalov verib. Onun sözlərinə görə, Daxili İşlər Nazirliyi tərəfindən quruma 13 ədəd BMV markalı avtomobil verilib. Müsahibimizin sözlərinə görə, bu vaxta kimi şəhərdə 2005-ci ildə verilən “Passat” markalı avtomobillər işləyirdi. İstismar müddətini başa vuran avtomobillərin nazirliyə təhvil verildiyini bildirən R.Zalov, BMV-lərin müfəttişlərin ixtiyarında olduğunu söyləyib.

Xaliq Qurbanov
Gəncə

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat