Modern.az

Pulunu ver, ərinin sosial şəbəkələrdəki yazışmaları izlə - Video

Pulunu ver, ərinin sosial şəbəkələrdəki yazışmaları izlə - Video

Aktual

10 Noyabr 2017, 21:59

Hakerlər, sosial şəbəkələrdə şəxsi məlumatları ifşa edən xidmətlər təklif etməkdə davam edir. Modern.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, həmin şəxslər pul müqabilində şəxsi mesajlardan tutmuş, şəkillərə qədər bütün informasiyaları bir neçə dəqiqə oğurlayırlar.

 

Pulunu verirsən və ərinin sms, votsap və sosial şəbəkələrdəki yazışmalarından xəbər tutursan. Şikayətçinin sözlərinə görə, hətta telefon danışıqlarını belə əldə etmək mümkündür.

 

İddianın doğruluğunu yoxlamaq üçün deyilən nömrəyə zəng etdik. Məlum oldu ki, həmin şəxs tək kişilərin yox, sifariş əsasında elə qadınların da telefonuna qanunsuz müdaxilə edir.

 

Onun pulu əvvəlcədən istəməsi isə təklif etdiyi qanunsuz xidməti belə şübhə altında qoyur. Fəaliyyətinin qanunsuz olduğunu xatırlatdıqda isə verdiyi cavabdan onun qanunlara məhəl qoymadığı məlum oldu.

 

İnsanlar isə bunu şəxsi həyata müdaxilə hesab edirlər. Onlar bu təşəbbüsün nikahın sonlanması ilə nəticələnə biləcəyini deyirlər.

 

Qanuna görə başqasının internet hesabını sındıranlarla yanaşı, bunu sifariş edənlər də cinayət məsuliyyəti daşıyırlar. Kibercinayətkarı isə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir