Modern.az

Bakıda yenilənmiş “Toyota Prado” nümayiş olundu - FOTOLAR

Bakıda yenilənmiş “Toyota Prado” nümayiş olundu - FOTOLAR

10 Noyabr 2017, 18:00

Bu gün Nardaranda yerləşən “Sea Breeze” otelində “Toyota”nın “Land Cruiser Prado” avtomobilinin yenilənmiş modelinin təqdimatı keçirilib.

 

Modern.az xəbər verir ki, təbirdə  “Toyota” şirkətin rəsmiləri, avtomobil həvəskarları və media nümayəndələri iştirak edib.

 

“Toyota”nın Qafqaz üzrə prezidenti Mitsui Konişi tədbiri açıq elan edərək iştirakçıları salamlayıb:

“Land Cruiser Prado” avtomobili dünyanın bir çox yerində olduğu kimi Azərbaycanda da böyük maraqla qarşılanır. Ümid edirik ki,  yenilənmiş “Prado” hamının rəğbətini qazacaq”.

 

“Toyota Bakı Mərkəzi”nin Marketinq müdiri Nərgiz Abbasova mərkəzin Azərbaycandakı fəaliyyətindən danışıb. “Toyota Bakı Mərkəzi”nin 11 noyabr 2006-cı ildə açıldığını qeyd edən N.Abbasova , şirkətin Bakı ilə yanaşı Gəncədə də satış salonlarının olduğunu qeyd edib.

 

“Toyota Abşeron Mərkəzi”nin satış müdiri Elşən Əhmədov “Toyota Prado”nun yeni modeli ilə bağlı təəssüratlarını bölüşərək yeni modeldə həm təchizat, həm də xarici görünüşlə bağlı bir çox yeniliklərin olduğunu deyib.

 

Daha sonra  “Toyota” şirkətinin tarixi və nailiyyətləri barədə videoçarx nümayiş olunub. Ardınca isə yenilənmiş “Toyota Prado” modelinin təqdimatı olub.

 

Bildirib ki,  65 illik geniş yolsuzluq mirası sayəsində “Land Cruiser” keyfiyyəti, davamlılığı, etibarlılığı və rəqibsiz yolsuzluq performansı və yüksəkkeyfiyyətli rahatlığı ilə öz sinfində unikaldır.

 

Dünyanın 190-dan çox ölkəsində mövcud “Toyota” modelləri içində, “Land Cruiser” öz yolsuzluq göstəricilərinə görə insanlar arasında ən güclü və ən etibarlı “4x4”lərdən biri kimi ön plana çıxıb, Avropanın 10-dan çox ölkəsində öz sinfinin lideri olub. Azərbaycanda isə “Toyota” şirkəti maşın bazarının 20%-nə nəzarət edir.

 

“Yeni Land Cruiser” daha müasir, möhkəm və yeni xarici görünüşü, bununla yanaşı, daha da inkişaf etmiş, rahat və yüksəkkeyfiyyətli interyer dizaynı, həmçinin, adi yolda və yolsuzluq şəraitindəki qabiliyyətlərinin təkmilləşdirilməsi sayəsində öz etibarını daha da artırır.

 

Qeyd edilib ki, erqonomik və rahatlığı ilə seçilən sürətlər qutusu və yeni quruluşlu cihazlar paneli özündə 8 düym olan Toyota Touch® 2 multi-media sistemi, Optitron spidometri, 4,2 dyümlük multi-informasiya displeyini birləşdirir.

 

Maşının içindəki rahatlıq ön oturacaqlardakı ventilyasiya, arxa oturacaqların qızdırılması, avtomatik klimat-kontrol və yeni smart açar sayəsində daha da artırılıb.

 

“Land Cruiser”-in əvəzolunmaz yolsuzluq qabiliyyətinin sirri, yüksək dayanıqlı, deformasiyaya davamlı xüsusiyyətləri ilə yanaşı sinfində özünəməxsus bir quruluş, həmçinin, sürücülərə təklif olunan idarəetmə və texniki dəstək səviyyəsinin birləşməsidir.

 

Yeni “Land Cruiser”-in yolsuzluq qabiliyyətləri üç arxa diferensial seçimi sayəsində daha da genişlənib - açıq, qapalı və ya yeni Torsen Yüksək Sürtünmə Diferensialı (YSD). Dairəvi-görüntü Seçmə Sistemi (DGS), 5-pilləli Yolsuzluq Şəraitində İdarəetməyə Kömək Sistemini avotmatik aktivləşdirən AVTO rejimin əlavə edilməsilə inkişaf etdirilib. Bundan başqa Dairəvi-görüntü Monitorunun funksiyaları Alt görüntü, Ön hissə görüntüsü, Panoramik görüntü və Geniş Arxa görüntüsü displeyi əlavə edilməklə artırılıb.

 

“Land Cruiser”-in yeni modeli Azərbaycanda 8 komplektasiyada təklif olunur və onun sürətlər qutusu 5 və 6 pilləli avtomat müəyyən olunub.

Komplektasiyadan asılı olaraq 2.7 litr, 4.0 litr benzin və 3.0D dizel mühərriklər ilə təchiz olunur.

Tədbirin sonunda media nümayəndələri “Toyota Prado”nu yolsuzluq şəraitində sürərək sınaqdan çıxarıblar.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi