Modern.az

Girovun azad olunması üçün milyon dollar tələb olundu

Girovun azad olunması üçün milyon dollar tələb olundu

Dünya

11 Noyabr 2017, 22:11

Səudiyyə Ərəbistanının 32 yaşlı Əbd əl-Şamraui adlı təbəəsi Livanda girov götürülüb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, o, Livanın Keservan bölgəsinin əl-Akibe yaşayış məntəqəsindəki evindən oğurlanıb.

Girov götürülən şəxsin Suriya vətəndaşı olan həyat yoldaşı Fasilə Azir bildirib ki, ərinin sərbəst buraxılması üçün milyon dollar tələb edirlər.

Səudiyyə Ərəbistanının Livandakı səfirliyi onun azad edilməsi üçün yerli təhlükəsizlik xidməti və polis ilə əməkdaşlıq edir.

Qeyd edək ki, bir müddət əvvəl Səudiyyə Ərəbistanı krallığı təbəələrinə Livan ərazisini təcili tərk etməyə çağırmışdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə