Modern.az

Hüsnü Mübarək 187 milyard dollarlıq beynəlxalq yardmı “yeyib”

Hüsnü Mübarək 187 milyard dollarlıq beynəlxalq yardmı “yeyib”

20 İyun 2011, 11:37

Hüsnü Mübarək prezident olduğu zaman Misirə ayrılmış beynəlxalq yardımın 185 milyard dollarını mənimsəyib. Modern.az İTAR-TASS-a istinadən bildirir ki,  bu barədə Qahirədə Elmi –İqtisadi Mərkəzinin bu gün yayılmış təhqiqatının nəticələrində məlumat verilib.  

Eks-prezident xarici ölkələrdən gələn yardımın 87 faizini qeyr-qanuni olaraq mənimsəyib. 1982-ci ildən 2010-cu illər ərzində ölkəyə daxil olan 213 milyard dolların 185 milyardı təyinatına çatmayıb.

Bu illər ərzində ABŞ Misirə 63 milyard, Yaponiya 32 milyard, Səudiyyə Ərəbistanı 25 milyard, Birləşəmiş Ərəb Əmirlikləri 20 milyard pul ayırıb.

Bu pulların böyük əksəriyyəti Misir və xarici məsləhətçilərin qonararına, Nazirlərin Kabinetinin bəzədilməsinə və Mübarəkin cibinə axıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir