Modern.az

“Azərbaycan bu sahədə ilk yerləri tutur” – Avropa İttifaqının səfiri

“Azərbaycan bu sahədə ilk yerləri tutur” – Avropa İttifaqının səfiri

20 Noyabr 2017, 16:57

"Azərbaycan tvininq layihələrinin həyata keçirilməsinə görə "Şərq Tərəfdaşlığı" ölkələri arasında ilk yerləri tutur".

 

Modern.az xəbər verir ki, bu sözləri " Hesablama Palatasının institusional və funksional potensialının gücləndirilməsi" Tvininq layihəsinin rəsmi açılış mərasimində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyin rəhbəri, səfir Kestutis Yankauskas deyib.

 

O bildirib ki, bu günə qədər Azərbaycanda 46 tvininq layihəsi həyata keçirilib.

 

“Həmin layihələrdəb 13-ü hazırda icra olunur, 8-nin icrası üçün hazırlıq işləri görülür.

 

"İnanıram ki, Polşa ilə Azərbaycan arasında audit sahəsində həyata keçirilən tvininq layihəsi sayəsində yüksək keyfiyyətli işlər qurulacaq və konkret nəticələr əldə olunacaq. 2008-ci ildə bu günə qədər audit sahəsində Azərbaycanda həm mütləq, həm də nisbi baxımdan böyük irəliləyiş əldə olunub".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
QIZĞIN DEBAT! Mehdiyev işi hansı gizli sirləri açır?