Modern.az

Ərdoğanla Tramp regional məsələləri müzakirə etdi

Ərdoğanla Tramp regional məsələləri müzakirə etdi

Dünya

24 Noyabr 2017, 21:32

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, söhbət zamanı ikitərəfli əlaqələr, Soçi sammitinin nəticələri, Suriya böhranı və regional məsələlər müzakirə edilib.

 

Qeyd edək ki, Türkiyə prezidenti "Twitter"dəki mikro bloqunda Ağ Evin rəhbəri ilə söhbət anının fotosunu yerləşdirərək görüşü məhsuldar adlandırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir