Modern.az

“Yaşıl Elm”dən elm üçün yaşıl işıq – Azərbaycanda ilk DƏFƏ

“Yaşıl Elm”dən elm üçün yaşıl işıq – Azərbaycanda ilk DƏFƏ

27 Noyabr 2017, 16:29

“Yaşıl Elm” platformasının bir ildən çoxdur, hazırladığı "Təkamülə giriş" kitabı artıq nəşr edilib.

 

Modern.az xəbər verir ki, noyabrın 26-da kitabın təqdimat mərasimi  “Kaspian Plazada” keçirilib.

 

Təqdimatda elmin təbiəti, təkamül nəzəriyyəsinin rolu və tibbdə yeri kimi bir çox önəmli mövzulara toxunulub.  

 

Fizik Yalçın İslamzadə, həkim Vasif İsmayıl, psixoloq Günel Aslanova təkamül təlimi haqda fikirlərini bölüşüblər.

 

Təqdimat böyük maraqla qarşılanıb.

 

Kitabda təkamül təlimi ilə bağlı faktlar öz əksini tapıb. Qeyd edək ki, kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Bu, təkamül təlimi ilə bağlı Azərbaycan dilində olan ilk elmi-populyar kitabdır.

 

Kitab 3 əsas fəsildən və əlavə iki məqalənin yer aldığı "Əlavələr" fəslindən ibarətdir.

 

Kitabın qiyməti 7 AZN-dir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub