Modern.az

«Mərkəz» qəzeti şagirdlər arasında inşa müsabiqəsi keçirir

«Mərkəz» qəzeti şagirdlər arasında inşa müsabiqəsi keçirir

20 Noyabr 2009, 13:04

«Mərkəz» qəzeti «Uşaq və gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi» layihəsi çərçivəsində inşa müsabiqəsi keçirir.

Bakı şəhəri, Yasamal rayonunda yerləşən 176 saylı orta məktəblə birgə keçirilən müsabiqənin məqsədi şagirdlərdə vətənpərvərlik hissinin aşılanmasına təkan vermək, onlarda bu hissin möhkəmlənməsinə nail olmaqdır. Müsabiqədə məktəbin IX-XI siniflərində təhsil alan şagirdlər iştirak edə bilər.

Müsabiqə 10 dekabr 2009-cu il tarixdə başa çatacaq. Fərqlənən yazılar qəzetdə dərc olunacaq. Qaliblərə pul mükafatı və diplom veriləcək.

Qeyd edək ki, layihə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə həyata keçirilir.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir