Modern.az

Səudiyyə Ərəbistanı İranı terrorçuları dəstəkləməkdə ittiham edir

Səudiyyə Ərəbistanı İranı terrorçuları dəstəkləməkdə ittiham edir

28 Noyabr 2017, 20:24

Səudiyyə Ərəbistanı İranın terrorçuları dəstəklədiyini bildirib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, İran  hər il terrorçulara və terrora 30 milyard dollar xərcləyir.

 

Romada NATO-nun Parlament Assambleyasının Aralıq dənizi və Orta Şərq Xüsusi Qrupu ilə Transatlantik Müdafiə və Təhlükəsizlik Əməkdaşlığı Alt Komitəsinin birgə toplantısında çıxış edən Səudiyyə Ərəbistanı Şura Məclisi sədrinin müavini Məhəmməd bin Emin əl-Cəffəri bildirib ki, İran bəzi ölkələrdə xaosu artırmaq üçün bütün imkanlarından istifadə edir: "İran ərəb dövlətlərinin daxili işlərinə qarışır. Səudiyyə Ərəbistanı heç bir zaman İran xalqına düşməncəsinə davranmayıb”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır