Modern.az

Liviya futbolçuları baş məşqçi ilə birgə müxalifətə qoşulublar

Liviya futbolçuları baş məşqçi ilə birgə müxalifətə qoşulublar

25 İyun 2011, 18:17

Futbol üzrə Liviya milli komandasının dörd üzvü daxil olmaqla 17 futbolçu müxalifətin tərəfinə keçdiklərini bəyan ediblər. Modern.az bildirir ki, müxalifətin nəzarəti altında olan Hanfuza şəhərində olan futbolçilar bu barədə BBC-yə açıqlamalarında qərarlarını elan ediblər.  

Qəddafiyə asi çıxan futbolçulardan dördü milli komandanın oyunçularıdır. Qeyd edək ki, milli komandanın baş məşqçisi Adil bin İssa da yetirmələri ilə birlikdə müxalifətə qoşulub.

Baş məşqçi bildirib ki, Qəddafi rejimindən artıq “doyub boğaza yığılıblar”. Baş məşqçi deyib ki, öz hərəkəti ilə o, Liviyanın bütöv və azad olması arzusunu  göstərmək istəyir. Futbolçulardan biri isə deyib: “Mən səhər oyanıb görmək istəyirəm ki, Qəddafi artıq yoxdur”.

Şimali Afrikada futbolun hədsiz populayr olduğunu nəzərə alaraq müşahidəçilər hesab edir ki, bu addım Qəddafiyə böyük təbliğat zərbəsi olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?