Modern.az

Azərbaycan Bozqurd Partiyasının V qurultayı keçirildi, sədr seçildi (FOTOLAR)

Azərbaycan Bozqurd Partiyasının V qurultayı keçirildi, sədr seçildi (FOTOLAR)

26 İyun 2011, 20:06

İyunun 26-da Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının (AMDEP) V qurultayı keçirilib. AMDEP-dən Modern.az-a verilən məlumata görə, qurultayda partiyanın 51 rayon, şəhər, həmçinin gənclər   təşkilatılarından 93 nəfər nümayəndə iştirak edib. Qurultay iştirakçıları Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirib, bir dəqiqəlik sükutla Millət və Vətən uğrunda döyüşlərdə şəhid olmuş soydaşlarımızın ruhunu yad ediblər.

Qurultayda qonaq qismində iştirak etmiş Azərbaycan və Rusiya Yazıçılar, Jurnalistlər Birliyinin üzvü, politoloq və ictimaiyyətçi Mirkazım Seyidov, Dünya Azərbaycanlıları Gənclərinin Həmrəyliyinə Dəstək Təşkilatının rəhbəri Tofiq Əlizadə öz çıxışlarında tədbir iştirakçılarına və partiyaya uğurlar arzulayıblar, öz xoş sözlərini bildiriblər, “Yeddi Dövlət, Bir Millət” Konseyinin Başqanı Azər Həsrət, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal AMDEP-in V Qurultayına öz təbriklərini çatdırıblar.  

Qurultaya partiyanın veteranı Mübariz Hümbətov sədrlik edib. Qurultayda partiya sədri Tufan Kərim Siyasi Məruzə ilə çıxış edib. Öz məruzəsində Tufan Kərim son üç ildə partiyanın siyasi fəaliyyətindən, partiya quruculuğu sahəsində uğur və problemlərdən danışıb. Siyasi məruzədə işğal edilmiş ərazilər məsələsinə xüsusi toxunulub və göstərilib ki, partiya işğal edilmiş torpaqlarımızın azad edilməsini Azərbaycan Ordusunun müzəffər yürüşündə, tarixən Millətimizə qarşı törətdiyi amansız cinayətlərə görə erməni qəsbkarlarından qisas almaqda görür.
T.Kərim bildirib ki, partiya sağ-mərkəzçi mövqedədir və kənar dövlətlərin siyasi və maliyyə dəstəyinə ehtiyac duymayan və onu qəbuledilməz sayan, millətçilik, dövlətçilik qayəsini əsas tutan mühafizəkar siyasi qüvvədir.

Qurultay təşkilati məsələlərə baxıb, Tufan Kərim partiyanın sədri seçilib. Həmçinin, qurultay partiyanın 5 nəfərdən ibarət Mərkəzi Nəzarət-Təftiş Komissiyasını, 61 nəfərdən ibarət partiya Böyük Məclisini, 7 nəfərdən ibarət  partiya Siyasi Şurasını seçib. Partiyanın Nizmanaməsinə uyğun olaraq partiya Nizamnaməsinə əlavə və dəyişiliklər edilməsi partiya Böyük Məclisinə həvalə edilib.

Bir sıra cari məsələlərə baxılıb, işğal edilmiş əzəli Vətən torpaqlarımızla və respublikamızdakı siyasi-iqtisadi durumla bağlı bəyanatlar və Dünya Türklüyünə Müraciət  qəbul etdikdən sonra qurultay işini yekunlaşdırıb. Qurultaydan sonra partiyanın yeni tərkibli Böyük Məclisi öz işinə başlayıb.







Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü