Modern.az

Ən çox erkən yaşda ərə verilən qızlar bu ölkələrdəymiş...

Ən çox erkən yaşda ərə verilən qızlar bu ölkələrdəymiş...

27 İyun 2011, 11:00

Modern.az xəbər verir ki, İngiltərənin "Qardian" qəzetinin araşdırmasına görə, hər il dünyada 18 yaşı tamam olmamış 10 milyon qızın erkən nikaha cəlb edilərək gəlin köçür.

Maraqlıdır ki, qəzetin araşdırmasına görə, erkən yaşda ən çox gəlin köçən qızlar Gürcüstandadır. Bu ölkədə hər evləndirilən 100 qızdan 17-si 18 yaşı tamam olmadan ərə verilir. Sırada Türkiyə ikinci gəlir. Türkiyədə ərə verilən hər 100 qızdan 14-ü erkən yaşda nikaha girir.

Məlumata görə, erkən yaşda evləndirilən qızların sayı Avropada da yüksəkdir. Cənub Amerika, Şimal Afrika və Asiyanın bəzi ölkələrində isə 18 yaşı tamam olmadan qızların üçdə birinin və 15 yaşdan aşağı qızların yeddidə birinin evləndirildiyi bildirlir.
İngiltərə və Fransada da belə hallar var. Bu ölkələrdə ərə gedən qızların yüzdə 10-nun 18 yaşını tamamlamamış nikaha girdiyi qeyd olunur.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?