Modern.az

Türkiyəyə qaz ixracı 20,4 faiz artırıldı

Türkiyəyə qaz ixracı 20,4 faiz artırıldı

2 Dekabr 2017, 21:33

Rusiyanın “Qazprom” qaz şirkəti 2017-ci ilin yanvar-noyabr aylarında Türkiyəyə ixrac olunan qazın həcmini  ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,4 faiz artırıb. Modern.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə şirkətin məlumatında bildirilib.  

 

Məlumata görə, şirkət Yunanıstana qaz ixracını 11,6 faiz, Bolqarıstana 6,8 faiz, Macarıstana  22,3 faiz, Serbiyaya 26,1 faiz artırıb. 

 

Ümumilikdə, “Qazprom” qazın uzaq xaricə ixracının həcmi qeyd olunan dövr ərzində 8,3 faiz (175 mlrd. kubmetr) artırılıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır