Modern.az

Tanınmış bəstəkar ailəsi ilə birgə qəzaya düşüb, qızı həlak olub

Tanınmış bəstəkar ailəsi ilə birgə qəzaya düşüb, qızı həlak olub

27 İyun 2011, 11:11

Azərbaycanın Şabran rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, hadisə dünən axşam saatlarında Gəndob-Yalama yolunun 2-ci kilometrliyində baş verib.

Bakı sakini 23 yaşlı Röya Bəxtiyar qızı Dadaşovanın idarə etdiyi “Hyundai” markalı maşın yoldan çıxaraq aşıb. Nəticədə sürücü R.Dadaşova və yanındakı sərnişini 46 yaşlı Fərafət Əli qızı Rzayeva ağır xəsarətlər nəticəsində keçiniblər. R.Dadaşova Azərbaycanın tanınmış bəstəkarı Mətanət Dadaşovanın qızıdır. Maşında olan digər iki sərnişin, bəstəkar Mətanət Dadaşova və Xoşqədəm adlı qadın isə xəsarətlərlə Şabran rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. İlkin yardım göstərildikdən sonra yaralılar Bakıdakı xəstəxanalardan birinə gətiriliblər.

Bəstəkarın qızı Röya Dadaşovanın sentyabrda toyu olmalı imiş.

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları hadisənin baş vermə səbəblərini araşdırmağa başlayıblar.

İlkin məlumata görə, qəzaya səbəb avtomobilin yüksək sürətlə idarə olunması olub. 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi