Modern.az

ABŞ Suriya kürdlərini silahlandırmağı dayandırır

ABŞ Suriya kürdlərini silahlandırmağı dayandırır

Dünya

3 Dekabr 2017, 00:57

Amerika Birləşmiş Ştatları "Suriya Demokratik Gücləri"nin (YPG) kürd dəstələrinə silah göndərilməsini dayandıracaq. Modern.az xarici mediaya istinadən xəbər verir ki, yayılan məlumata görə, koalisiya hücum əməliyyatlarını dayandırır. 

 

ABŞ-ın müdafiə naziri Ceyms Mettis bildirib ki, bu dəstək artıq lazım deyil:  "YPG silahlandırılıb və bir halda ki, koalisiya hücum əməliyyatlarını durdurur, görünür, daha bu lazım deyil. Təhlükəsizlik lazımdır, yerli bölmələr içərisindən polisin gücü lazımdır. Bunlar o insanlar olacaqlar ki, İŞİD-in qayıtmayacağına zəmanət verəcəklər”.

 

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu bildirmişdi ki, ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı bundan sonra Suriyadakı kürd qruplaşmalarına silah verməyəcəklər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir