Modern.az

Rus bölməsi abituriyentlərinin “Azərbaycan dili”ndən imtahan nəticələri açıqlanıb

Rus bölməsi abituriyentlərinin “Azərbaycan dili”ndən imtahan nəticələri açıqlanıb

Təhsil

27 İyun 2011, 14:22

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 26-da Bakı və  Naxçıvan şəhərlərində rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən imtahan  keçirib.

İmtahanda iştirak etmək hüququ olan 2541 abituriyentdən 1994 nəfəri imtahanda iştirak edib, 547 abituriyent imtahana gəlməyib. Bu barədə Modern.az-a TQDK-dan məlumat verilib.

İmtahanın nəticələri iyunun 27-də saat 13:00-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib. İmtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla “İmtahancell” xidməti vasitəsilə də öyrənmək olar. Bunun üçün Azercell və Bakcell nömrələrindən abituriyentlərin iş nömrələrini 7727 nömrəsinə göndərmələri kifayətdir.

İmtahanda iştirak etmiş  abituriyentlərdən 936 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək “məqbul” qiyməti alıblar.

 Azərbaycan dili imtahanından məqbul qiyməti almayan rus bölməsinin abituriyentləri 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikasının  ali  məktəblərinə  və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanlarında iştirak etmək hüququnu itirirlər.

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü