Modern.az

Ermənilər Əskəranda stadion tikiblər (FOTO)

Ermənilər Əskəranda stadion tikiblər (FOTO)

Təhsil

27 İyun 2011, 23:25


Erməni işğalı altında olan Dağlıq Qarabağın Əsgəran rayonunda separatçı rejim yeni stadion istifadəyə verib. Modern.az erməni inernet resurslarına istinadən bildirir ki, bu münasibətlə qondarma qurumun separatçı başçıları Əsgərana gəliblər. Onların içində erməni Apostol kilsəsinin nümayəndəsi də olub.

1979-cu ildə təşkil edilən Əskəran rayonun 52 yaşayış məntəqəsindən ibarət olub.   Azərbaycanın qədim torpağıdır. Burada yerləşən Qarabağ xanı Pənahəli xan tərəfindən tikilmiş Əskəran qalası o zaman üçün müdafiə təyinatlı olub. Qədim türk toponimi olan Əskəran “əski Aran”, “köhnə Arran” sözündən götürülüb.
Qarabağda erməni separatçı hərəkatı başlayandan sonra Azərbaycan hakimyyəti 1988-ci ildə yeni rayon mərkəzi olan Xocalını təşkil edib. 1990-cı ildə Əskəran yeni təşkil edilmiş Xocalı rayonunun inzibati ərazisinə daxil edilib. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü