Modern.az

TQDK-dan 54400 abituriyentə xoş, 6300 abituriyentə bəd xəbər

TQDK-dan 54400 abituriyentə xoş, 6300 abituriyentə bəd xəbər

27 İyun 2011, 23:58


Təhsil Nazirliyi tərəfindən keçirilmiş buraxılış imtahanlarının nəticələrinə dair məlumat bazası Tələbə Qəbulu üzrə Dövlət Koimissiyasına (TQDK) təqdim olunub. Bu məlumatlar əsasında 2011-ci ildə orta ümumtəhsil müəssisələrini bitirən abituriyentlərin attestat məlumatları Komissiya tərəfindən  onların elektron ərizələrinə daxil edilib.

Buna görə də qəbul imtahanlarında iştirak etmək üçün ərizə vermiş orta ümumtəhsil müəssisələrinin builki məzunlarından buraxılış imtahanlarını müvəffəqiyyətlə verərək attestat alanların böyük əksəriyyətinin Sənəd Qəbulu Komissiyasında attestat məlumatlarını təsdiqlətmələrinə ehtiyac olmayacaq. Həmin abituriyentlərin sayı 54400 nəfərdir. 

TQDK-dan Modern.az-a bildirilib ki, mərkəzləşdirilmiş buraxılış imtahanlarına cəlb olunmayan, elektron ərizə doldurarkən şagird kodunu yanlış qeyd edən və ya qeyd etməyən abituriyentlər SQK-da attestat məlumatlarını təsdiq etdirməli olacaqlar.

Belə abituriyentlərin sayı təqribən 6300 nəfərdir. Həmin abituriyentlər imtahan verəcəkləri ixtisas qrupu üzrə imtahana buraxılış vərəqəsinin çapı üçün təyin edilmiş vaxtda TQDK-nın internet saytından imtahana buraxılış vərəqəsini çap edə bilməyəcəklər. Onlar iş nömrələrini və şifrlərini  həmin səhifəyə daxil etdikdə ekranda bu barədə xəbərdarlıq elanı görünəcək.

Həmin abituriyentlər attestatlarını elektron ərizələrini təsdiq etdirdikləri Sənəd Qəbulu Komissiyasına təqdim edib attestat məlumatlarını təsdiq etdirdirdikdən sonra “İmtahana buraxılış vərəqə”sini çap edə biləcəklər.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir