Modern.az

Şəmkir su anbarının türkiyəli mühəndisi yol qəzasında ölüb

Şəmkir su anbarının türkiyəli mühəndisi yol qəzasında ölüb

28 İyun 2011, 00:30

Şəmkir rayonu ərazisində ağır yol qəzası baş verib. Türkiyə vətəndaşı Cahid Kavunçuoğlu idarəetməni itirərək avtomobilini aşırıb. Nəticədə sürücü hadisə yerindəcə ölüb. Şəmkir su anbarının tikintisində mühəndis kimi çalışan Türkiyə vətəndaşı Cahid Kavunçuoğlu iyunun 26-da axşam saatlarında itkin düşüb. İş yoldaşları Cahidi bir xeyli axtarsalar da nəticə əldə edə bilməyiblər. Belə olan halda Şəmkir rayon Polis Şöbəsinə məlumat verilib. Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Cahid Kavunçuoğlunun avtomobil qəzasında öldüyü müəyən edilib.
Şəmkir RPŞ-nin baş müstəntiqi Modern.az-ın əməkdaşına bildirib ki, Cahid Kavunçuoğlu 26 iyunda saat 21 radələrində Şəmkir rayonunun Seyfəli kəndi ərazisində idarə etdiyi Mitsubishi L 200 markalı H018761 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən onu dərəyə aşırıb. Mərhumun meyidini avtomobildən çıxarmaq bir xeyli çətin olub. Amma buna baxmayaraq meyid müayinə üçün ekspertizaya aparılıb. Hadisə ilə bağlı bağlı müxtəlif versiyalar səsləndirilir.

Baş verən yol qəzası ilə bağlı Şəmkir rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.


Xaliq Qurbanlı
Gəncə

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür