Modern.az

TQDK: "Magistratura imtahanlarının cavabları sabah açıqlanacaq"

TQDK: "Magistratura imtahanlarının cavabları sabah açıqlanacaq"

28 İyun 2011, 13:21


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 26-da Bakı, Gəncə və Naxçıvan şəhərlərində cari tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirib.
TQDK-dan Modern.az-a verilən məlumata görə, bu mərhələdə bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla (bəzi proqramlar üzrə isə yazılı imtahanla) yoxlanılıb.

İmtahanda iştirakı nəzərdə tutulan 7863 bakalavrdan 537 nəfəri imtahana gəlməyib.

“İmtahan bütün binalarda saat 14:00-da başlanıb və sualları cavablandırmaq üçün bakalavrlara 1 saat 30 dəqiqə vaxt ayrılıb. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, bakalavrların öz bilik səvyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb”-deyə TQDK-dan bildirilib.

Hazırda Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən cavab kartlarının emalı prosesi aparılır. Nəticələrin iyunun 29-dək elan olunması nəzərdə tutulur.

Mail Ağaxanov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir