Modern.az

Bakıda Beynəlxalq Sosial Təminat Assosiasiyasının Əlaqələndirmə Mərkəzi açılıb

Bakıda Beynəlxalq Sosial Təminat Assosiasiyasının Əlaqələndirmə Mərkəzi açılıb

28 İyun 2011, 13:26

İyunun 28-də Dövlət Sosial Müdafiə Fondunun aparatının binasında Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avrasiya regionu üzrə  Əlaqələndirmə Mərkəzinin rəsmi açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Baş nazirinin müavini Elçin Əfəndiyev, BSTA-nın Baş katibi Hans-Horst Konkolevski, BSTA-nın Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin sədri Zbiqnev Derdzyuk, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov, BSTA-nın Nəzarət Komissiyasının üzvü, Milli Sosial Sığorta Kassasının prezidenti xanım Mariya Borta və digər şəxslər iştirak ediblər.

Tədbirdə Azərbaycanın iqtisadi qüdrəti, siyasi nüfuzu və idarəetmə sahəsində böyük təcrübəsi qeyd olunaraq bildirilib ki, Bakıda belə bir Mərkəzin açılması  ölkəmizin sığorta-pensiya sahəsində əldə etdiyi nailiyyətlərin, bu sahədəki islahatçı imicinin və yüksək beynəlxalq nüfuzunun əyani göstəricisidir. Regional mərkəzin yaradılmasında əsas məqsəd BSTA ilə Avrasiya regionunda fəaliyyət göstərən sosial müdafiə, pensiya təşkilatları arasında əlaqələrin keyfiyyətcə daha yüksək səviyyəyə qaldırılmasıdır. Bundan başqa, Əlaqələndirmə Mərkəzi vasitəsilə BSTA-ya üzv olan təşkilatlara milli sığorta-pensiya sistemlərinin təkmilləşdirilməsində iqtisadi sabitlik, sosial siyasət, texnoloji inkişaf, səmərəli idarəetmə və digər mühüm istiqamətlər üzrə məsləhətlər veriləcək, fikir və təcrübə mübadiləsi, təlim və ekspert rəyi səviyyəsində dəstək göstəriləcək.

BSTA-nın Baş Katibi Hans-Horst Konkolevski Avrasiya regionunun BSTA üçün önəmini vurğulayıb və Avrasiya regionu üzrə ölkələrin müvafiq qurumlarının əlaqələndirilməsi funksiyalarının Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçiriləcəyini yüksək qiymətləndirdiyini bildirib. Mərkəzin yaradılmasının regionda sosial sığorta-pensiya məsələlərinin səmərəli həlli üçün böyük əhəmiyyəti var və BSTA öz bilik və təcrübəsini ortaya qoyaraq bu Mərkəzi dəstəkləyəcək.

«Azərbaycanın sığorta-pensiya modelinin nüfuzlu beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən yüksək qiymətləndirilməsinin nəticəsi kimi ölkəmiz BSTA-nın büro üzvü, eyni zamanda inkişaf etmiş Avropa ölkələri ilə bir sırada Assosiasiyanın Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvüdür. Azərbaycan Assosiasiya çərçivəsində yüksək səviyyədə müvafiq qərarların qəbul edilməsində xüsusi rola malikdir”-deyə DSMF-dan Modern.az-a bildirilib.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı