Modern.az

Xarici İşlər Nazirliyi “Xəzər-Lənkəran”ın oyununu ləğv edib

Xarici İşlər Nazirliyi “Xəzər-Lənkəran”ın oyununu ləğv edib

Təhsil

28 İyun 2011, 14:47

Azərbaycan Xarici İşlər Nazirliyinin müdaxiləsindən sonra  “Xəzər-Lənkəran” futbol klubu ilə Kosovonun “Trepça” komandasının bu gün keçirilməsi nəzərdə tutulan oyunu ləğv edilib. Modern.az bildirir ki, bu barədə “dəyərlər.org”a açıqlamasında XİN-dən məlumat verilib.

Qeyd edək ki, bu gün (28 iyun) Bakı vaxtı ilə saat 21:00-da Lənkəranın “Xəzər-Lənkəran” futbol klubu növbəti yoldaşlıq görüşü keçirilməliydi. Avstriyada baş tutması gözlənilən yoldaşlıq görüşündə komandamızın rəqibi Kosovanın “Trepça” klubu olacaqdı. Qeyd edək ki, Azərbaycan hökuməti Kosovanı müstəqil dövlət olaraq tanımır və onu Serbiyanın tərkibi kimi qəbul edir.
Bu yoldaşlıq görüşünün Azərbaycanın xarici siyasətinə uyğun olmadığını nəzərə alaraq, Xarici İşlər Nazirliyi məsələyə müdaxilə edib və nəticədə “Xəzər Lənkəran” futbol klubu ilə Kosovanın “Trepça” klubunun oyunu ləğv olunub. Oyunun ləğv edilməsi xəbəri “Xəzər-Lənkəran” klubu tərəfindən rəsmən təsdiqlənib.

Qeyd edək ki, Avstriyada olan “Xəzər Lənkəran”  UEFA Avropa Liqasının təsnifat mərhələsinin oyunlarına qatılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır