Modern.az

Qazaxıstan gənc yazarları Milli Məclisdə - Fotolar

Qazaxıstan gənc yazarları Milli Məclisdə - Fotolar

5 Dekabr 2017, 20:14

Artıq bir neçə gündür ki, “Dünya Gənc Türk Yazarları Birliyi”nin (DGTYB) və Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun dəstəyi ilə Qazaxıstan gənc yazarları və media nümayəndələri Bakıda səfərdədir.  Modern.az xəbər verir ki, yazarlar bu gün “Bakıdan Türk Dünyasına” layihəsi ilə  əlaqədar Milli Məclisdə olublar.

 

Qonaqları  Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Cavanşir Feyziyev qarşılayıb. Tədbirdə Azərbaycandan DGTYB-nin Məsləhət Şurasının başqanı Əkbər Qoşalı, gənc rejissor Səidə Ömər, DGTYB Məclis üzvü Əfsanə Ələsgərli, DGTYB NTK üzvü Ülkər Piriyeva  iştirak ediblər. Qonaqlar arasında şair-tərcüməçi, telejurnalist Tanagöz İlyasova, şair-tərcüməçi X.Ə. Yəsəvi, Türk-Qazax Universitetinin müəllimi Gülnaz Faizullaqızı, gənc şair, telejurnalist,"Darın" Dövlət Gənclər Ödülü laureatı Akberen Yelgezek, şair, Qazaxıstan Milli Elmi Kitabxanasının direktor müavini Dauletkerey Kapoğlu, həmçinin, digər şair və jurnalistlər olublar.

 

Şair və media nümayəndələri Milli Məclisin iclas və konfrans zalları ilə tanış  olub və  Heydər Əliyev muzeyinə baş çəkiblər. Qonaqlara ingilis dilində muzey və muzeyin tarixi barədə məlumatlar verilib.

 

Milli Məclisin deputatı Cavanşir Feyziyev qonaqların Milli Məclisdə olmasından məmnun olduğunu bildirib: "Türk dövlətlərində dəfələrlə olmuşam. Qırğızıstanda ilk dəfə 1998-ci ildə oldum. Bizə o qədər türk olduğumuzu unutdurmuşdular ki, mən onlara türk deyəndə bunu qəbul etmirdilər. “Biz qırğızıq” deyirdilər.Bizim dilimiz birdir, bizim yaşadığımız coğrafi ərazi eynidir. Biz hamımız türkük”.

 

Tədbirin əhəmiyyətindən danışan DGTYB-nin  Məsləhət Şurasının başqanı Əkbər Qoşalı səfər çərçivəsində görülən işlərin vacibliyini vurğulayıb.

 

Qeyd edək ki, Əkbər Qoşalının baş redaktorluğu və layihə rəhbərliyi ilə "Yeni Qazax şeiri antologiyası" kitabı bu günlərdə işıq üzü görüb.

 

Daha sonra çıxış edən qonaqlar Cavanşir Feyziyevə xüsusi minnətdarlığını bildirib və Qazaxıstan höküməti adından təşəkkürnamələrini təqdim ediblər.

 

Sonda qonaqlarla xatirə şəkilləri çəkilib və onlar üçün ziyafət yeməyi təşkil olunub.

 

Nəzrin Rüstəmova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var