Modern.az

Qəzetlərə böyük pullar ayrıldı (SİYAHI)

Qəzetlərə böyük pullar ayrıldı (SİYAHI)

Media

28 İyun 2011, 19:29



Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Modern.az Fonda istinadən xəbər verir ki, iclasda  6 iyun 2011-ci il tarixdə elan edilmiş "KİV-lərin 2011-ci ilin ikinci yarım ili üçün maliyyələşdirilməsi ilə bağlı müsabiqə"yə təqdim edilən layihələr müzakirə edilib.

Məsələ ilə bağlı Fondun icraçı direktoru Vüqar Səfərlinin çıxışı dinlənilib. Səfərli  müsabiqəyə redaksiyalar tərəfindən təqdim edilən 34 layihə barədə məlumat verib. 

Müşahidə Şurasının üzvləri layihələrlə tanış olub, onları gerçəkləşdirmək üçün tələb edilən maliyyə vəsaitinin uyğunluğunu araşdıraraq təkliflər veriblər. Layihələrin maliyyələşdirilməsi üçün qəzetin dövriliyi, tirajı və yayım reytinqi nəzərə alınmaqla maliyyə vəsaitinin ayrılması barədə müvafiq qərar qəbul edilib.

İclasda cari məsələlər də müzakirə olunub.

Maliyyə yardımı alacaq KİV-lərin siyahısı:

"Yeni Azərbaycan"  qəzeti

               40 000  manat

"Səs"    qəzeti

               40 000  manat

"Kaspi"  qəzeti

               40 000  manat

"Mövqe"   qəzeti

               40 000  manat

"Yeni Musavat"   qəzeti

               40 000  manat

"525-ci" qəzet

               40 000  manat

"Bakı -xəbər"  qəzeti

               40 000  manat

"Həftə İçi"  qəzeti

               30 000  manat

"Azadlıq"  qəzeti

               30 000  manat

"Ədalət"   qəzeti

               30 000  manat

"Olaylar"   qəzeti

               30 000  manat

"Palitra"  qəzeti

               30 000  manat

"Paritet"   qəzeti

               30 000  manat

"Ayna-Zerkalo"   qəzeti

               30 000  manat

"Xalq Cəbhəsi"   qəzeti

               30 000  manat

"Şərq"    qəzeti

               30 000  manat

"Futbol+Qol"    qəzeti

               20 000  manat

"Paralel"   qəzeti

               20 000  manat

"Ekspress"   qəzeti

               20 000  manat

"Novoye Vremya"    qəzeti

               10 000  manat

"Olimpiya Dünyası"   qəzeti

               10 000  manat

"Üç nöqtə"   qəzeti

               10 000  manat

"Bizim Yol"   qəzeti

               10 000  manat

"Azernews"   qəzeti

                 6 000  manat

"Reytinq"    qəzeti

                 5 000  manat

"The Business Times"    qəzeti

                 5 000  manat

"Təhsil problemləri"     qəzeti

                 5 000  manat

"İqtisadiyyat"   qəzeti

                 5 000  manat

"Bütöv Azərbaycan"     qəzeti

                 5 000  manat

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!