Modern.az

Müğənni Nisə Qasımovaya prezident təqaüdü kəsildi

Müğənni Nisə Qasımovaya prezident təqaüdü kəsildi

28 İyun 2011, 19:50

Prezident İlham Əliyev tanınmış müğənni Nisə Qasımovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Azərbaycan musiqi sənətinin inkişafındakı xidmətlərinə görə Nisə Fətulla qızı Qasımovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Modern.az-ın məlumatına görə, prezident təqaüdünün məbləği 1000 manat təşkil edir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar