Modern.az

Müharibə məsuliyyəti

Müharibə məsuliyyəti

29 İyun 2011, 11:46

Müşahidələr göstərir ki, Qarabağ münaqişəsinin  bu qədər uzanması artıq  bəzi qüvvələrin  siyasi-iqtisadi maraqlarına o qədərdə  cavab vermir. Həmin dövlətlər hansı şərtlərlə  olur olsun Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalamasında  israrlıdırlar. Görüntü yaratmaq  üçün  danışıqların aparılması da artıq  Rusiya istisna olmaqla ATƏT-in Minsk qrupunun  digər həmsədr dövlətlərinə sərfəli deyil.

Deyəsən, münaqişəsinin bu qədər uzanması və ədalətli həll variantının tapılmaması müharibəni qaçılmaz edir. Axı danışıqlar sonsuzluğa qədər aparıla bilməz. Ancaq həmin Qərb və ABŞ müharibəni arzulamırılar. Ermənistanın prezidenti  istər Kazan, istərsə, digər görüşlərdən sonra  hər dəfə  eyni  fikri təkrarlayır. Qarabağda yaşayan erməni əhalisinin müqəddəratı məsələsini hər dəfə qaldırması Sarkisyanın  ədalətli sülh təfəkküründə hələ çox uzaq olduğunu  göstərir. 

Bəzən düşünürsən ki, Minsk qrupunun həmsədrləri, danışıqlarda iştirak edən digər tərəflər Sarkisyanı şillə-təpiyin altına salıb  onu başa salası deyillər. Sakisyanın yerinə başqa birisi  gəlsə belə   onun da sülh düşüncəsində az bir fərq olacaq. Artıq ermənilərin əksəriyyətində belə xəstə  təfəkkür belə formalaşıb. 

Ancaq bütün müharibələrin sonu sülhlə bitir. Hələki Azərbaycan –Ermənistan arasında atəşkəs rejimidir. Beynəlxalq hüquq  Azərbaycanın  öz torpaqlarını işğaldan azad etməsinə heç bir məhdudiyyət qoymur. Vaxtı ilə Çeçenistan ərazisində baş qaldıran hərəkatı Rusiya  antiterror əməliyyatı adı  altında tamamilə susdurdu və həmin bölgəni tam nəzarətinə keçirdi. Dünyanın “ağsaqqalı”  hesab olunanan  ABŞ və NATO hərbi birləşmələri  BMT-nin Təhlükəsizlik Şurasının Liviya ilə bağlı qətnaməsinin mürəkkəbi qurumamış həmin sənədin icrasına başladılar.

Bəs, Azərbaycan  Rusiyanın Çeçenistanda apardığı  kimi   antiterror əməliyyatlatını  işğal olunan ərazilərdə  niyə icra etməsin?    İşğal olunan Azərbaycan ərazilərdən qeyd şərtsiz Ermənistan Silahlı Qüvvələrinin tərk etməsi ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının  qəbul etdiyi  4 qətnamənin  bu günə qədər yerinə yetirilməməsini bəs necə izah etmək olar?

Ona görədə, bu gün ən uğurlu variantlardan biri  Qarabağda və  işğal olunan ətraf rayonlarda  antiterror əməliyyatlarının  aparılmasıdır.

İyunun 26-da  Bakı şəhərində  Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasından 93 ildönümünə həsr olunan parad  Azərbaycanın hərbi sisteminin bir hesabatı idi. Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Büdcə vəsaitinin ildən-ilə artırılılması  Azərbaycan Silahlı Qüvvələrinin  hərbi imkanlarını daha da genişlənir.

Hətta 26 iyun paradı barədə Ermənistan prezidenti Serj Sarikisyan da danışıb. “Armeniya Today” portalının müxbirinə müsahibəsində Azərbaycanda keçirilən parada münasibət bildirən Sarkisyan deyib ki, “Azərbaycan hamıya güclü və cəsarətli olduğunu nümayiş etdirmək üçün möhtəşəm parad keçirib”. Göründüyü kimi  hətta düşmən ölkənin rəhbəri də  Azərbaycanın hərbi gücünü etiraf etmək məcburiyyətində qalıb.

Tarixi Azərbaycan əsgəri  yazacaq! Bu yüksək pafoslu ifadə deyil, potensiala söykənən reallıqdır.  Fizikanın belə bir qanunu var: “enerji heç vaxt itmir, nəyə isə sərf olunmalıdır”

İndi Azərbaycan tərəfi   dünyaya, o cümlədən Ermənistana bir çox mətləbləri qandırmaq üçün  bu potensialıdan istifadə etməlidir.

Həqiqətən dünyanın hər hansı bir regionunda, xüsusilə, Cənubi Qafqazda  müharibə böyük məsuliyyətdir. Həmçinin  bu məsuliyyətdə, regionda ədalətli  sülh yaratmaqda  şərəfdir. Bu şərəfə nail olmaq üçün hər kəs öz sahəsində vicdanla çalışmalıdır. Bəzən  vətənpərvərlik anlayışı düzgün anlaşılmır. Mənə belə gəlir ki, bir çox məsələlər, o cümlədən vətənpərvərlik deyəndə Azərbaycan cəmiyyətinin bütün təbəqələri müəllim də, həkim də, mühəndis də,  bütün məmurlar  ordusu da,  bir sözlə hər kəsin  millətə, dövlətə vicdanlı, əxlaqlı xidmətdən  başlayır.  

 Və nəhayət Ermənistan və Azərbaycan arasında xroniki danışıqların  raundundan xilas olmaq üçün  deyəsən müharibə məsuliyyətdən başqa  yol qalmayıb. Müharibə başlayan zaman Ermənistanın himayədarı olan Rusiyanın  öz  tərəfdaşına kömək edəcəyi  şübhəsizdir. Ancaq dünyanın gedişatına nəzər salanda  tez-tez dəyişən fərqli mənzərəni görmək olar. Əvvəla  Rusiyanın  Ermənistana  əvvəl ki, dəstəyi göstərəcəyi  inandırıcı deyil. İkincisi, Rusiyanın getdikcə mövqeyləri zəifləməkdə davam edir.  Nəhəng olan Rusiyanı  yaxın onilliklərdə hansı aqibət gözlədiyini, bu dövlətin belə bütov qalıb-qalmayacağını proqnozlaşdırmaq  çətindir.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir