Modern.az

Azərbaycanın QHT sədri Avropa Parlamentində “Avropa ili”ndən danışacaq

Azərbaycanın QHT sədri Avropa Parlamentində “Avropa ili”ndən danışacaq

29 İyun 2011, 12:20

Dünya Gənclər Bankı Şəbəkəsinin (WYBN) regional ofisinin rəhbəri Vüsalə Hüseynli və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının idarə heyətinin üzvü, “Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov iyunun 30-dan iyulun 4-dək Avropada fəaliyyət göstərən Müsəlman Gənclər Təşkilatlarının (FEMYSO) II Forumunda iştirak etmək üçün Belçikanın paytaxtına səfər edəcəklər.
Bankın İctimaiyyətlə Əlaqələr Departamentindən verilən xəbərə görə, Avropa Parlamentində keçiriləcək forumda DGBŞ –nin regional ofisinin rəhbəri Vüsalə Hüseynlinin “Müsəlman gənclərinin Avropa çərçivəsində fəaliyyəti” mövzusunda məruzəsi dinləniləcək. Eyni zamanda nümayəndə heyətinin Avropa Gənclər və İdman Direktorluğunun təmsilçisi Ulrich Bunjes, Ərəb ölkələri Liqası Gənclər və İdman Direktorluğunun rəhbəri Khalid Louhichi və digər rəsmi şəxslərlə ikitərəfli görüçləri nəzərdə tutulub.
Forum çərçivəsində “Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyi  ilə “Avropa Müsəlman Gənclər Təşkilatları Forumu” arasında əməkdaşlıq müqaviləsinin   imzalanması nəzərdə tutulur.

Xatırladaq ki, bu günə kimi, sözgüdən Forumun Azərbaycan gənclər təşkilatlarından  tam hüquqlu üzvü “Demokratik İslahatçı Gənclər” İctimi Birliyidir ki, birlik Forumun İdarə Heyətində 2010-cu ildən təmsil olunur.

Mail Ağaxanov

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir