Modern.az

Deputat məzunlara attestatlarını təqdim edib

Deputat məzunlara attestatlarını təqdim edib

Parlament

29 İyun 2011, 12:39

İyun ayının 28-də  deputat Novruz Aslanov İsmayıllı rayonunun İvanovka kəndinə səfər edib. Rayon İcra Hakimiyyətinin başçısı N. Ələkbərov, millət vəkili Ərəstun Cavadov və digər yerli təşkilatların rəhbərlərinin də qatıldığı bu tədbir İvanovka kənd tam orta məktəbinin 11-ci sinfini qurtarmış məzunlara attestatların təqdim edilməsi ilə bağlı olub.
Kənd kulubunda keçirilən tədbirdə icra hakimiyyətinin başçısı, millət vəkilləri və başqa natiqlər çıxış ediblər.

N.Aslanov öz çıxışında məzunları təbrik edib, onların valideynlərinə təşəkkürrünü bildirib və hamısına ali məktəblərə qəbul olmalarını arzu edib. Sonra deputat attestatları məzunlara təqdim edib.

Deputatın qərargahından bildirilib ki, tədbir gənclərin musiqi sədaları altında rəqsləri ilə davam edib və sonda atəşfəşanlıqla yekunlaşıb. 






Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü