Modern.az

İsmət Abasov beynəlxalq tədbirdə Azərbaycandakı vəziyyətdən danışıb

İsmət Abasov beynəlxalq tədbirdə Azərbaycandakı vəziyyətdən danışıb

Təhsil

29 İyun 2011, 12:55

Kənd təsərrüfatı naziri İsmət Abasovun rəhbərliyi ilə Azərbaycanın nümayəndə heyəti 25 iyun- 2 iyul 2011-ci il tarixlərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının  (FAO)  Baş Qərargahında  FAO konfransının 37-ci sesiyasında iştirak etmək üçün Roma şəhərində rəsmi səfərdədir.

Kənd təsərüfatı nazirliyinin mətbuat xidmətindən Modern.az saytına bildirilib ki, tədbir zamanı 2012-2015-ci illər üzrə FAO-nun baş direktoru vəzifəsinə seçkilərin keçirilməsi, FAO Şurasının Müstəqil sədrinin, Şuraya üzv ölkələrin seçilməsi, həmçinin, Avropa Regional Konfransının 28-ci sesiyasının  Azərbaycanda keçirilməsinin müzakirəsi nəzərdə tutulub.

Tədbirdə İsmət Abasov çıxış edərək Azərbaycanda həyata keçirilən aqrar isahatlardan, dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğıdan, qəbul olunan dövlət proqramları barədə ətraflı məlumat verib. Nazir qeyd edib ki, FAO dünya miqyaslı aqrar siyasət aparan bir təşkilat olmaqla, Azərbaycan aqrarçılarının ən doğma beynəlxalq təşkilatıdı. Belə ki, FAO Azərbaycanda aqrar siyasətin aparılmasına həmişə dəstək verən, 16 il ərzində, yəni FAO-ya üzv qəbul olunandan həyata keçirilən layihələrin fermerlərin maariflənməsində, öz işlərinin təkmilləşdirilməsində  kömək edib. 2005-ci ildə Bakı şəhərində və 2006-cı ildə Romada  FAO-nun baş direktoru  Jak  Diuf  və Azərbaycan Prezidenti İlham Əliyevin görüşləri bu əməkdaşlığın daha da genişləndirilməsinə böyük təkan verib. Nazir İsmət Abasov FAO və beynəlxalq təşkilatların aşağıdakı prablemlərin həllinə dəstək verməsini təklif edib:
Şoran və dəmyə  torpaqların məhsuldarlığının  artırılması istiqamətində  müvafiq tədbirlərin görülməsi, istiliyə və quraqlığa davamlı yeni sortların yaradılması və geniş tətbiqi,  Azərbaycan Dövlət Aqrar Universitetinin bazasında təlim və tədqiqat mərkəzinin yaradılması.

Yekunda nazir 2012-ci ildə FAO-nun Bakıda keçiriləcək Avropa üzrə 28-ci regional konfransına Avropa və Mərkəzi Asiya ölkələrinin kənd təsərrüfatı nazirlərini, FAO-nun katibliyinin üzvlərini, BMT-nin beynəlxalq təşkilatlarının rəhbərlərini  dəvət edib. 
Bununla yanaşı, FAO Konfransının 37-ci sesiyası zamanı KTN-i İsmət Abasov  İtaliya kənd təsərrüfatı, ərzaq və meşəçilik siyasəti naziri Françesko Saverio Romano, Braziliyanın kənd təsərrüfatının inkişafı naziri Afonso Florens,  İranın kənd təsərrüfatı naziri Sadeq Xəlilian, FAO-nun  bir sıra rəhbər işçiləri və Avstriya Federativ Respublikasının kənd təsərrüfatı, meşəçilik, ətraf mühit və su təsərrüfatı federal naziri  Nikola Berlokoviçlə görüşlər keçirib.

Səfər zamanı nazir İ.Abasov BMT-nin ixtisaslaşmış agentliyi olan Kənd Təsərrüfatının inkişafı üzrə Beynəlxalq Fondun (İFAD) prezidenti Kannayo Nvanze ilə də görüş keçirib. Görüş zamanı nazir İ.Abasov ilə K. Navanze arasında “Kənd yerlərinin kompleks inkişafı üzrə layihə”nin Azərbaycanda həyata keçirilməsi üzrə maliyyələşmə sazişi imzalanıb. Layihənin Azərbaycan Hökuməti, İFAD və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilməsi nəzərdə tutulub.

Bunlarla yanaşı, səfər müddətində nazir İ, Abasov Romanın yaxınlığında yerləşən Çerveteri şəhərinə səfər edib, şəhərin kənd təsərrüfatı potensialı ilə tanış olan, Azərbaycanla əməkdaşlıq əlaqələrinin qurulması məsələləri şəhərin meri Cino Çioli  və şəhər rəhbərliyinin digər nümayəndələri ilə müzakirə edib.

Tədbirdə  əsasən “ Heyvan genetik ehtiyatları üzrə qlobal fəaliyyət planı”nın icra vəziyyəti, “Torpaq və su resurslarının vəziyyəti”,  “İribuynuzlu heyvanlarda vəba xəstəliyinin ləğvi haqqında bəyannamə”nin qəbul edilməsi, “2011-ci ilin beynəlxalq meşə ili”, qlobal  planların həyata keçirilməsi zamanı kənd təsərrüfatı statistikasının təkmilləşdirilməsi  və bir sıra digər məsələlərin müzakirəsi nəzərdə tutulub. 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı