Modern.az

Azərbaycan millisi FİFA-nın reytinqində 4 pillə geriləyib

Azərbaycan millisi FİFA-nın reytinqində 4 pillə geriləyib

29 İyun 2011, 13:12

FİFA iyun ayı üçün dünya yığmalarının yeni reytinq siyahısını açıqlayıb. Azərbaycan millisi ötən ayla müqayisədə 4 pillə geriləyib.

Hazırda aktivində 282 xal olan komandamız 112-ci pilləyə enib. AÇ-2012-nin seçmə mərhələsindəki rəqiblərimizə gəldikdə isə yenə də ən yaxşı nəticə Almaniya yığmasına məxsusdur. Almanlar 1417 xalla 3-cü pilləyə yüksəlib.

Türkiyə millisi isə 7 pillə irəliləyərək 23-cü yerdə qərarlaşıb. Qrupumuzdakı digər komandalara gəldikdə isə Belçika 35-ci (2), Avstriya 65-cü (9), Qazaxıstan millisi isə 126-cu (13) pillədə qərarlaşıb.

Ümumilikdə isə siyahıya yenə də 1871 xalla İspaniya yığması başçılıq edir. Hollandiya 2-ci, İngiltərə isə 4-cü pillədə qərarlaşıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi