Modern.az

Metronun "Dərnəgül" stansiyası bu gün açılır

Metronun "Dərnəgül" stansiyası bu gün açılır

Təhsil

29 İyun 2011, 13:47

Bakı Metropoliteninin yeni tikilən “Dərnəgül”stansiyası bu gün saat 15.00 radələrində açıqlacaq. Bu barədə Modern.az saytına Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva məlumat verib. O, bilırib ki, açılış mərasimində Prezident İlham Əliyevin də iştirakı gözlənilir.

“Dərnəgül” stansiyanın giriş və çıxışları Binəqədi rayonu 8-ci mikrorayonu ərazisində yerləşir.

Hazırda Bakı Metropoliteninin 23 stansiyası var. "Dərnəgül" 23-cü stansiyadır. Beynəlxalq standartlara cavab verən bu stansiya üçün Rusiyadan 10 yeni vaqon alınıb.

Bakı Metropoliteninin perspektiv inkişaf planına əsasən, yaxın 25 ildə stansiyaların sayının 68-ə, 2040-cı ilədək 70-ə çatdırılması planlaşdırılır.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir