Modern.az

Tahir Rzayev: ““Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun layihəsi Ədliyyə Nazirliyindən gəlib”

Tahir Rzayev: ““Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun layihəsi Ədliyyə Nazirliyindən gəlib”

Parlament

29 İyun 2011, 14:06

Milli Məclisin Regional məsələlər komitəsi 2011-ci ilin yaz sessiyası dövründə 10-a yaxın sənədi Milli Məclisin plenar iclasına tövsiyyə edib. Bu barədə Modern.az saytına komitənin üzvi Tahir Rzayev məlumat verib. O qeyd edib ki, bu sənədlər içərisində üstünlük təşkil edən bəzi ərazi vahidlərinə dəyişiklik edilməsi ilə bağlı məsələ olub:
“Bu məsələlərlə bağlı yerlərdən təşəbbüs göstərilib və Prezident Administrasiyasına müraciətlər ünvanlanıb. Administrasiya tərəfindən müzakirə olunduqdan sonra həmin müraciətlər sistemləşdirilib və Prezident tərəfindən imzalanaraq komitəyə göndərilib. Ona görə hesab edirəm ki, bu məsələnin birbaşa Prezident tərəfindən Milli Məclisə göndərilməsi ilə bağlı məlumatlar düzgün deyil. Çünki hər hansı inzibati ərazi vahidinin adının dəyişdirilməsi və yaxud inzibati ərazinin sərhəddinin dəyişdirilməsi ilə bağlı məsələ sırf yerlərdən gələn təşəbbüslərlə edilir. Həmin təşəbbüskarların imzaları da bizə göndərilir”.

Deputat bildirib ki, komitənin plenar iclasa tövsiyyə etdiyi digər məsələ “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun layihəsidir. Bu təklif  Ədliyyə Nazirliyi tərəfindən gəlib.
“Ədliyyə Nazirliyində bələdiyyələrlə bağlı bir şöbə olduğundan bu məsələ onlar tərəfindən gəlib. Komitə tərəfindən isə bələdiyyələrin hesabatının dinlənilməsi ilə bağlı sənəd hazırlanıb. Bu sənəd Konstitusiya qanunudur və hazırda komitədədir. Hesab edirəm ki, gələcək sessiyada bu məsələni də komitədə müzakirə edib plenar iclasa göndərəcək.

Bundan başqa, bələdiyyələrlə bağlı bəzi qanunvercilik aktlarına əlavə və dəyişikliklıər məsələsi də olub.  Bu sənədlər isə Milli Məclisə  Prezident tərəfindən gəlib.

Hər halda onu deyə bilərəm ki, bizim komitənin müzakirə etdiyi və plenar iclasa tövsiyyə etdiyi məsələlər, həm komitənin özü tərəfindən, həm yerlərdən, həm müxtəlif qurumlardan, həm də Prezident tərəfindən gəlib. Hesab edirəm ki, bizim komitə ciddi şəkildə fəaliyyət göstərir və yerlərdən gələn təkliflər də nəzərə alınır.

Komitəmiz yaz sessiyasının qanunvericilik işlər planını tam olaraq yerinə yetirmişik”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?