Modern.az

Azərbaycan ATƏT PA-da Ermənistana qarşı iddia qaldırmağa hazırlaşır

Azərbaycan ATƏT PA-da Ermənistana qarşı iddia qaldırmağa hazırlaşır

29 İyun 2011, 14:13

Deputat Eldar İbrahimov Belqradda gözlənilən 20-ci sessiya barədə Modern.az-a danışdı

Bu ilin iyulun 6-dan 10-a kimi Serbiyanın paytaxtı Belqradda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Parlament Assambleyasının 20-ci sessiyası öz işinə başlayacaq. Bu barədə Modern.az-a Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvi Eldar İbrahimov məlumat verib. O bildirib ki, bu sessiyada “ATƏT-in effektivliyini və təsirini möhkəmləndirilməsi, Astana samitinindən sonra yeni mərhələ” mövzusunda müzakirələr olacaq: “Qurum bütün sahələrdə öz effektivliyini və təsirini gücləndirmək niyyətindədir. Yəqin ki bütün komitələrdə bu məsələ müzakirə olunacaq”.

Eldar Ibrahimov onu da vurğulayıb ki, bu məsələlərlə bağlı bəzi düzəlişlər olub ki, Azərbaycan nümayəndə heyətinin üzvləri də ölkənin milli maraqlarına uyğun gələn düzəlişlərə razılıq veriblər.

Qarabağla bağlı ümid edilən Kazan görüşünün iflasa uğramasında sonra Azərbaycanın nümayəndə heyətinin sessiyada hansı addım atacağına gəlincə, Eldar İbrahimov bildirib ki, o təmsil olunduğu iqtisadiyyat komitəsində Etrmənistanla bağlı ciddi məsələlər qaldırmaq niyyətindədir: “Ermənistanda fəaliyyət göstərən Metsamor Atom Elektrik Stansiyasının fəliyyətini dayandırması məsələsini qaldıracam. Çünki artıq bütün dünyaya məlumdur ki, bu stansiya qəza vəziyyətindədir. Qəza vəziyyətində olan stansiyanın təhlükəsi yalnız Ermənistan və qonşu Azərbaycan üçün deyil, bütün Avropayadır. Ona görə də bu məsələnin həll olunması ilə bağlı komitədə məsələ qaldıracam.

Eyni zamanda işğal olunmuş Azərbaycan torpaqlarında Ermənistanın vəhşilikləri - ermənilər tərəfindən ərazilərimizdə təbiətin məhv edilməsi, atom elektrik stansiyasının zərərli tullantılarının orada basdırılması, həmin zonadan narkotika paliqonu kimi istifadə edilməsi və bu kimi məsələləri qaldıracağıq”.

Eldar İbrahimov onu da bildirib ki, ssesiyada Azərbaycan nümayəndə heyəti tam tərkibdə iştirak edəcək.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir