Modern.az

Deputat Aydın Həsənov xəstələnib

Deputat Aydın Həsənov xəstələnib

20 Noyabr 2009, 16:55

Bir neçə gün öncə 2010-cu ildə Milli Məclisə keçiriləcək seçkilərin təxirə salınması təklifi ilə çıxış edən və sonradan basqılar qarşısında geri çəkilib bunu zarafata yozan deputat Aydın Həsənov xəstələnib. Qeyd edək ki, deputatın həmin təklifi təmsil olunduğu Yeni Azərbaycan Partiyasında birmənalı olaraq etirazla qarşılanıb.

Modern.az-a məlum olub ki, deputat A.Həsənov parlament seçkilərinin təxirə salınması təklifi ilə çıxış edəcəyini müəyyənləşdirərkən bu şəkildə təpki gözləmirmiş. A.Həsənova yaxın mənbədən bildirilib ki, həm təklifin ardından baş verənlər deputatı bərk narahat etdiyindən o, ciddi sarsıntı keçirib. A.Həsənovun özü isə jurnalistlərin bununla bağlı sualını aqressiv şəkildə qarşılayaraq cavab verməkdən imtina edib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir