Modern.az

Eynulla Fətullayev Avropada korrupsiyadan danışıb

Eynulla Fətullayev Avropada korrupsiyadan danışıb

29 İyun 2011, 14:21

Bakı Siyasi Biliklər Proqramında (BSBP) təmsil olunan Azərbaycanın QHT, KİV, nümayəndələrinin Strasburqda Avropa Şurasının Demokratiya Yay Universitetində iştirakı bu gün yekunlaşır. Bu barədə Modern.az-a heyətə qatılan “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli məlumat verib. Onun sözlərinə görə, Avropa Şurasının korrupsiyaya garşı dövlətlərarası komissiyasının (GRECO) sədri Drago Kosun iştirakı ilə keçirilmiş iclasda azərbaycanlı jurnalist Eynulla Fətullayev çıxış edib. Jurnalist eyni zamanda Drago Kosa sualla müraciət edib.

E.Fətullayev bildirib ki, korrupsiya ilə mübarizədə GRECO təşkilatının fəaliyyəti geyri-səmərəlidir.
“Bu məsələdə dövlətlərin könüllü istəklərinə ümid etmək və beynəlxalg təzyiq mexanizmlərindən istifadə etməmək yanlış mövqedir. Siz, cənab Kos, korrupsiya ilə mübarizəni kimin tərəfindən aparılması sualını səslandirdiniz. Sistemli korrupsiyanın hökm sürdüyü ölkələrin hökumətlərinə etibar etmək olmaz”.
E.Fətullayev keçmiş sosialist düşərgəyə daxil olan ölkələrdə hökumət strukturlarının sistemli korrupsiyanın başında dayandığını vurğulayıb.
“Korrupsiyaya uğramış hökumətlərə korrupsiyaya garşı mübarizəni necə etibar etmək olar?”-deyə o, sual edib.
Jurnalist Azərbaycanda da korrupsiyanın baş alıb getdiyini, dünyanın ən bahalı su kəməri, ən bahalı körpüləri, ən bahalı yollarının tikildiyini qeyd edib.

“Dünya igtisadi böhranından sonra Qərbi millyonlarla iş yerlərinin bağlanması düşündürürsə, bizi büdcədən geybə çəkilən milliyardlar narahat edir. Qərbdə da korrupsiya ilə bağlı problemlər var, lakin bu problemlər sıraslnda maragların münaqişəsi, audit problemi, biznesin etikası və korporasiyaların – məsələn Siemens və ya Daimler kimi – korrupsiyaya bulaşmasıdir. Bu problemlərlə həm hökumət qurumları, həm vətəndaş cəmiyyəti mübarizə apara bilər, lakin sistemli korrupsiyaya qarşı mübarizə mümkün deyil. Məncə, bunun üçün GRECO kimi təşkilatlar birgə mübarizə xüsuslarını ışləyib hazırlamalıdır. Siz necə düşünürsünüz - bunun üçün siyasi elitamı dəyişməlidir?”.

GRECO təşkilatinin rəhbəri Drago Kos bildirib ki, Azərbaycanda korrupsiya ilə bağlı narahatedicidir və təşkilat Azərbaycanla bağlı hesabat hazırlayıb, bundan sonra da vəziyyət nəzarət olacaq. O E.Fətullayevin səsləndirdiyi fikirlərlə qismən razı olduğunu bildirərək qeyd edib ki, Azəbaycanda korrupsiya probleminin həlli üçün yuxarıdan aşağı hamı effektiv mübarizə aparmalıdır: “Əks təqdirdə uğur əldə etmək mümkün olmayacaq”.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü