Modern.az

Deputat: “Bizim qrup yaxşı işləyir, ildə ən azı iki dəfə qarşılıqlı səfərlər olur...”

Deputat: “Bizim qrup yaxşı işləyir, ildə ən azı iki dəfə qarşılıqlı səfərlər olur...”

Parlament

29 İyun 2011, 15:06

Ayrı-ayrı ölkələrlə münasibətdə parlamentlərarası əlaqələr də mühüm rol oynayır. Modern.az saytı bu istiqamətdə ayrı-ayrı ölkələrlə əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin rəyini öyrənməkdə davam edir.

Milli Məclisin Azərbaycan - Yunanıstan Parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri, Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyir ki, Yunanıstan Azərbaycanla ilk diplomatik əlaqə quran ölkələrdəndir:
“Bu gün Azərbaycanın Yunanıstanla iqtisadi əlaqələri var. Xüsusilə bu ölkə ilə aqrar sahədə və turizim sahəsində geniş əlaqələrin qurulması prespektivi var. Ancaq hazırda bu ölkənin iqtisadi vəziyyəti ciddi tənəzzülə uğrayıb. Yəqin ki, Yunanıstan bu tənəzzüldən çıxacaq”.

O ki, qaldı parlamentlərarası əlaqələrə, deputat qeyd edib ki, Milli Məclisin ötən çağırışında da bu işçi qrupunun rəhbəri olub: “İldə ən azı iki dəfə qarşılıqlı səfərlər olur. Demək olar ki, Yunanıstanla Azərbaycan arasında parlamentlərarası əlaqələr çox yüksək səviyyədədir. Hətta Prezident İlham Əliyev Yunanıstan parlamentində çıxış edib”.

Bundan sonra da Yunanıstanla parlamentlərarası əlaqələrin daha da genişlənəcəyini deyən deputat bunun iki ölkə arasında digər sahələrin inkşafında mühüm rol oynadığını söyləyib:
“Onu deyə bilərəm ki, yunanıstanlı deputatlar Azərbaycanın bölgələrində də olublar. Bu da onu göstərir ki, Azərbaycan və Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaxşı işləyir”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü