Modern.az

Çingiz Qənizadə seldən əziyyət çəkən seçiciləri ilə görüşüb

Çingiz Qənizadə seldən əziyyət çəkən seçiciləri ilə görüşüb

29 İyun 2011, 15:15


80 saylı İmişli-Beyləqan seçki dairəsindən millət vəkili Çingiz Qənizadə yağıntı və daşqınlarla bağlı əziyyət çəkən seçiciləri ilə görüşüb. Deputatın mətbuat xidməti Modern.az-a bildirib ki, 27-28 iyun tarixlərində keçirilən görüşlər zamanı dairə ərazisində su basmış kəndlərdə yaranmış problemlər araşdırılıb. Həmin kəndlərdə qrunt suları əvvəlcədən də bir sıra çətinliklər yaradıb. Belə ki, uzun illər qrunt sularının axmaması nəticəsində həmin ərazilərdə yaşıllıqlar, ağaclar, insanların şəxsi təsərrüfatları, otlaq sahələri ciddi ziyan çəkib. Bu zərərin aradan qaldırılması, problemin həlli istiqamətində dövlət qurumları tərəfindən tədbirlər həyata keçirilir. Lakin son yağıntılar nəticəsində xeyli ziyanlar dəymişdi və Çingiz Qənizadə də vəziyyəti yerində araşdırmaq üçün seçicilərlə görüşlər keçirib. Görüşlərdə yerli hakimiyyət orqanlarından da nümayəndələr iştirak edib. Seçicilər dinlənilib və bir sıra qeydlər aparılıb.

Görüşlər zamanı qaldırılan problemlərin həlli məqsədi ilə millət vəkili tərəfindən Bakıda müəyyən dövlət qurumları qarşısında məsələ qaldırılacaq.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı