Modern.az

Fələk və çərxi-fələk haqqında qeydlər - “Dövlət və Din”də

Fələk və çərxi-fələk haqqında qeydlər - “Dövlət və Din”də

29 İyun 2011, 15:40

 Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəşri olan “Dövlət və Din” ictimai fikir toplusunun may-iyun sayı çapdan çıxıb.
Dövlət başçısı İlham Əliyevin Roma Papası XVI Benedikt həzrətlərinə təbriki ilə açılan jurnalın “Rəsmi guşə”sində ölkə Prezidentinin müqəddəs Pasxa bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasına təbriki dərc olunub.
Toplunun ənənəvi “Cəmiyyət və Din” rubrikasında Məmməd Rzayev və Səbuhi İbrahimovun “Yusif Qarabağinin fəlsəfi dünyagörüşündə insan konsepsiyası”, Aytək Məmmədovanın “Nəsirəddin Tusinin fəlsəfi məktəbi haqqında”, Vasif Sadıqlının “Fələk və çərxi-fələk anlayışları haqqında fraqmental qeydlər”, İlqar Əliyevin “Sosial-siyasi proses” anlayışına milli rakursdan baxış”, Həmid Məhəmmədinin “Sosial fərdlərin mənəviyyat məsələləri”, Zeynəddin Şabanov və Daxil Vəliyevin “Əli Şəriətinin fəlsəfəsində konseptual məsələlər”, Xaqani Abasovun “Suffə əhlinin hədis, fiqh və tasavvufa təsiri”, Seyid Camal Gülşəninin “Sədrəddin Konyəvinin dini-irfani baxışları” məqalələri yer alıb.
“İslam həqiqətləri” bölməsinə daxil edilmiş Rüstəm Rüstəmovun “İslam və musiqinin bioloji əsasları, tibbi-psixoloji tərəfləri”, Səbinə Nemətzadənin “Əllamə Hillinin “İrşadül-əzhan ila əhkamil-iman” əsərində müaməlat məsələləri”, Məhəmməd Vəlixahın “Quran ayələri baxımından dini plüralizm”, Əsgər Abidzadənin “Qurani-Kərimin nəhy (qadağan) ayələri”, Fuad Nurullayevin “Quran, elm və təfsir anlayışları”, Mahir Qəniyevin “İslamda sülh və müharibə anlayışları” və Şahlar Şərifovun ““Kitabül-bəyan fi təfsiril-Quran” əsərinə dair” məqalələri diqqəti cəlb edir.
Toplunun maraqlı rubrikalarından biri də ənənəvi “Tarixə pəncərə” bölməsidir. Bu sayda dərc olunmuş Fəxrəddin Səfərlinin “Ordubad şəhər mədrəsəsi”, Ceyhun Məmmədovun “Əs-Səxavi dövrünün ictimai və mədəni həyatı”, Şamil Nəcəfovun “Azərbaycanın erkən əkinçi-maldar tayfalarının dini təsəvvürlərinin və dəfn adətlərinin formalaşması”,  Ruhəngiz Kərimlinin “Azərbaycanın qədim (ilkin) adı “Arran” sözünün mənşəyinə dair” məqalələri oxucular tərəfindən rəğbətlə qarşılana bilər.

Jurnalın “Əsrlər, şəxsiyyətlər” rubrikasında Sənan İbrahimovun “Fəridəddin Əttar sufi şairi kimi” və Fəxrəddin Eylazovun ““Gülşəni-raz” əsərinin şərhçisi Baba Nemətullah Naxçıvani haqqında bəzi qeydlər” adlı məqalələri ilə tanış olmaq mümkündür.
Ülkər Məmmədovanın “Şihabəddin Sührəvərdinin işraqilik təlimi və dində “işıq” anlayışı” məqaləsi jurnalın daimi “Dinlər, təriqətlər” rubrikası altında verilmişdir.
Oxucular toplunun bu sayında da rus dilində yazılmış məqalələrlə tanış olacaqlar (Гасанага Мамедли “Трудности в определении классификации религии”; Сейран Велиев “Зороастризм в средневековом Азербайджане”).

Jurnalın son səhifələrində ənənəvi olaraq dini terminlərin izahlı lüğəti yer alıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?