Modern.az

“Trampın qərarını həyata keçirilməsi asan olmayacaq” - Ərdoğan

“Trampın qərarını həyata keçirilməsi asan olmayacaq” - Ərdoğan

10 Dekabr 2017, 20:44

"ABŞ prezidenti Donald Trampın Qüds şəhərini İsrailin paytaxtı elan etməsinin heç bir hüquqi qüvvəsi yoxdur. Qüds məsələsinə görə çərşənbə günü İstanbulda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı fövqəladə toplantısında müəyyənləşdiriləcək yol xəritəsi ilə bu qərarın həyata keçirilməsinin heç də asan olmayacağını göstərəcəyik". Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

 

Ədalət və İnkişaf Partiyasının (AKP) toplantısında bəyanatla çıxış edən Türkiyə prezidenti bildirib ki, İsrail bir terror dövlətidir.

 

Ərdoğan qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin sabahkı səfərində də Qüds məsələsi müzakirə ediləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır