Modern.az

Gənc oğlan liftin təmiri zamanı öldü

Gənc oğlan liftin təmiri zamanı öldü

10 Dekabr 2017, 21:46

Bakıda bədbəxt hadisə nəticəsində 28 yaşlı oğlan ölüb. Modern.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, hadisə Bakının Xətai rayonu ərazisində yerləşən ticarət mərkəzində baş verib. Mərkəzdəki liftin təmiri zamanı 1 nəfər köməksiz vəziyyətdə qalıb.

 

Hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, liftə təmir işləri görən 1989-cu il təvəllüdlü Şərifov Səfa Ramiz oğlu liftin xarici divarı ilə şaxtanın divarı arasında sıxılmış vəziyyətdə qalaraq vəfat edib.

 

Xilasedicilər S.Şərifovun meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?