Modern.az

BMT milyonlarla insanın həyatının təhlükədə olduğunu açıqladı

BMT milyonlarla insanın həyatının təhlükədə olduğunu açıqladı

10 Dekabr 2017, 22:51

Qarşıdakı qışla əlaqədar qaçqın düşərgələrində məskunlaşan milyonlarla Suriya və İraq vətəndaşının həyatı təhlükə qarşısındadır. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı xəbərdarlıq edib.

 

Təşkilatın məlumatına əsasən, qaçqınların böyük bir qismi artıq yeddinci ildir ki, çadır düşərgələrində və ya yaşayışa yararsız, istilik sistemi olmayan tikililərdə yaşamaq məcburiyyətdindədirlər. Gözlənilən şaxta, qar, uzunmüddətli yağış və ya tufanlı hava şəraitini nəzərə alaraq, beynəlxalq qurum Yaxın Şərqdə təxminən dörd milyon Suriya və İraq qaçqını üçün qış yardımı proqramına start verib. Qaçqın düşərgələrində isti paltar, istiliyi saxlayan örtük və yorğan, istilik izolyasiyasına malik çadır və sobaların paylanması proqramın tərkib hissələridir.

 

BMT Uşaq Fondu (UNICEF) isə müharibə fəlakətinin qış fəlakətinə çevrilməməsi üçün uşaqları qışın soyuğundan qorumaqla bağlı layihələrə başlayıb. Təşkilat bu ilin qış aylarında müharibə bölgələrində 700 mindən artıq uşağa qış yardımı göstərəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir